Moskvada azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı polis tərəfindən saxlanılıb.
Bunu açıqlamasında Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.
Onun sözlərinə görə, Kamil Zeynallı Domodedovo polis bölməsinə aparılıb. Onun saxlanılmasına səbəb Ermənistanın Rusiyaya sorğu verməsi olub.
Vəkil Kamil Zeynallının Ermənistan cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu desə də, onun konkret hansı maddələr üzrə ittiham olunduğunu açıqlamayıb.
Ələkbər Qarayev hazırda iş üzrə çalışdığını qeyd edib.