“Murz” adı ilə tanınan hərbi bloger, Rusiya ordusunun çavuşu Andrey Morozov ölüb.
"Kommersant"a istinadən yayılan xəbərdə bildirilib ki, dostlarının dediyinə görə, bloger intihar edib.
Andrey Morozov Rusiya tərəfdən müharibəni təbliğ edərək hərbi əməliyyatlar zonasında baş verən hadisələrlə bağlı teleqram kanalını idarə edib. Kanalın 108 mindən çox abunəçisi var idi. O, bu günintihar qeydi kimi təqdim edilən son yazılar silsiləsi dərc edib.
O, “ölümünə görə kədərlənməməyi” və Luqanskdakı Kirovsk şəhərinin qəbiristanlığında Prizrak batalyonunun əsgərlərinin yanında dəfn edilməsini xahiş edib.
modern.az