Amerika Birləşmiş Ştatlarının "Odissey" kosmik gəmisi Ayda yanı üstə aşıb.
Bu barədə “İntuitive Machines” şirkətinin Baş İcraçı Direktoru (CEO) Stiv Altemus mətbuata açıqlama verib.
Onun sözlərinə görə, Aya yüksək sürətlə enən kosmik gəminin ayaqlarının birində problem yaranıb. S.Altemus kosmik gəminin yanı üstə aşsa da çoxlu əməliyyat qabiliyyətinə malik olduğunu deyib.
Xatırladaq ki, şirkət Odisseyin Aya uğurla və şaquli şəkildə eniş etdiyini açıqlamışdı.
“Odissey” 2024-cü il fevralın 15-də ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “SpaceX” tərəfindən istehsal olunan “Falcon 9” raketi ilə kosmosa buraxılıb (apa).