Bu gün xəstələnməsi və İsrailə aparılması barədə xəbər yayılan Ramiz Mehdiyev “Unikal”-a açıqlama verib. Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır: “Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir, ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.