Şəfəqə Doğru » Gündəm » Bu gün bürcünüz nələr vəd edir?

Bu gün bürcünüz nələr vəd edir?

Bu gün bürcünüz nələr vəd edir?


 


Qoç - anlaşma, müqavilələr, sənədlərin imzalanması üçün əlverişli zamandır. Təhsil, biliklərin artırılması, tədqiqat işləri üçün yaxşı zamandır.

Buğa - çox maraqlı gün olacaq. Sizi cazibədar və perspektivli layihələr gözləyir. Başlayacağınız işləri uğurla başa vura bilərsiniz.

Əkizlər - işgüzar intuisiyanız və hissiyatınız güclüdür. Mənfəətdən daha çox problemlər bəxş edəcək təklifləri qəbul etməyin.

Xərçəng - rəqabət mübarizəsində udan tərəf siz olacaqsınız. Rəqiblərlə bədxahları üstələmək üçün ciddi səylərə ehtiyac yoxdur.

Şir - maliyyə durumu stabildir. Alış-veriş edə bilərsiniz. Qeyri-formal şəraitdə istənilən görüşlər üçün əlverişli gündür.

Qız - uğursuz və stresslə zəngin gündür. Lakin az sonra faydalı olacaq dərslər alın. Ənənələri pozmağa, sosial şərtlərin diqtə etdiyi məqamları geridə qoymağa çalışın.

Tərəzi - kimsə sizi izafi dərəcədə ekstravaqant adam saya bilər. Narahat olmayın, Bilik və bacarıqlarınız yetərincə qiymətləndirəcəklər.

Əqrəb - təmaslarınızda diqqətli olun. Sizinlə təmaslara can atanların hamısı səmimi deyil. Yeni tanışlarla bağlı ilkin təəssüratlar dürüst deyil. İmiclə bağlı eksperimentlər üçün əlverişli zamandır. Alış-veriş edə bilərsiniz.

Oxatan - yeni işlər üçün əlverişli gündür. Məlumatlarınızın çox az olduğu layihəyə belə, başlaya bilərsiniz. İnsanlarla sıx ünsiyyət, təmaslar və fəallıq tələb edən işlərdə uğur qazanacaqsınız.

Oğlaq - kollektiv zəhmət münasibdir. Yardım istəyənlərə kömək edin. Yaxınlarınızla bahəm, yaxşı tanımadığınız insanlara da arxa durun.

Dolça - başladığınız işləri başa vurmağa çalışarkən mühüm anlarla məqamları nəzərdən qaçırmayın. Formalaşan şərtlərin diqtə etdiyi addımları atmazdan əvvəl düşünün.

Balıqlar - emosiyalarınıza hakim olun. Diqqətli davranın, rəqiblərin istəklərinə fikir verin. Onların sözlərinin ikinci mənasını anlamağa çalışın.