Şəfəqə Doğru » Gündəm » İntihar edən qazi haqqında icra hakimiyyətindən açıqlama- Xilas etmək mümkün olmayıb

İntihar edən qazi haqqında icra hakimiyyətindən açıqlama- Xilas etmək mümkün olmayıb

İntihar  edən qazi  haqqında  icra  hakimiyyətindən  açıqlama- Xilas etmək mümkün olmayıb

Hacıqabul rayon sakini, Vətən müharibəsi qazisi Qocayev Kənan Davud oğlu bu gün səhər saatlarında intihara cəhd edib.

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, o, ilk olaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyəti ağır olduğundan sonradan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum bu gün böyüyüb boya-başa çatdığı Hacıqabul rayonu, Birinci Udullu kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, K.Qocayev Hacıqabul rayon Nəvahi kənd orta məktəbində “Hərbi rəhbər” vəzifəsində işləyirdi.