Video kameralar içəri girənlərdən ikisinin içki dükanına giriş qapısını lomla necə açdığını göstərir. Onlar böyük zibil torbalarına spirtli içki, pul və ehtimal olunur ki, siqaret də dolduraraq qaçıblar.
Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, oğurluqda 31, 37 və 33 yaşlı üç Azərbaycan vətəndaşı şübhəli bilinir. Dəymiş ziyanın miqdarı göstərilmir. Üçüncü şübhəli həmin vaxt avtomobildə növbətçi olub. Cinayət çox çəkməyib - həyəcan siqnalı ilə polis gəlib və hər üçünü yerindəcə saxlayıblar.
Soyğunçuların qəniməti əsasən siqaret olub ki, onlar bunu sonradan bazarda həmyerlilərinə ucuz qiymətə satmaq niyyətində olublar. İndi onları 7 ilə qədər həbs gözləyir (lent.az).