“Mən şokdayam. Bakıda aldığım türk malı İstanbulda 15-20 faiz bahadır”.
Bu sözləri hazırda Türkiyədə olan müğənni İlhamə Qasımova sosial şəbəkə hesabında yazıb.
Sənətçi ölkədəki qiymət bahalığından gileylənib: “Devalvasiyanı anlayıram. Lirə olaraq qiymət dəyişilməsi ola bilər, amma valyuta qiymətini də artırırlar axı. Aptekdən saç lakı və başqa bir şey aldım, 14 manat. Bizdə o, 3-4 manatdır. 90 qəpiklik dərman isə 5,90... İndi hamı deyər ki, o elədir, bu, belədir... Mən misal bunları gətirdim. Hotel qiymətindən tutmuş hər şey eyni haldır. Hər şey belədir. Ölkəmizin qədrini bilək. Bahalaşma bütün dünyada var, amma bizdə bura nisbətən çox yaxşıdır. Allah hamımıza kömək olsun, bu bayramda Allah niyyətlərimizi qəbul etsin”.