Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab göndərib.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Azadlıq Radiosu”na açıqlama verib.
O qeyd edib ki, söhbət sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərin 8-ci redaksiyasından gedir.
Qeyd edək ki, bu il fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını açıqlamışdı (Modern.az).