Şəfəqə Doğru » Gündəm » Qarabağda 480 yeni iş yeri yaradılması nəzərdə tutulur

Qarabağda 480 yeni iş yeri yaradılması nəzərdə tutulur

Qarabağda  480 yeni iş yeri yaradılması nəzərdə tutulur
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam və "Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında cari ilin I rübündə 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan 4-ü Ağdam Sənaye Parkının, 3-ü "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

Agentlikdən Trend-ə bildirilib ki, qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye parklarına 54,2 milyon manat dəyərində investisiyanın yatırılması, 480 iş yerinin yaradılması nəzərdə tutulur.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin
Qeyd edilib ki, rezidentlər Ağdam və "Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, sement və beton qatqıların, müxtəlif çeşiddə yapışqan lentlərin, ortopedik matras və yumşaq mebellərin, ayaqqabıların və s. məhsulların istehsalını həyata keçirəcəklər.

Qeyd edək ki, dövlət başçısının müvafiq fərmanlarına əsasən 2021-ci ildə yaradılan Ağdam və "Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 31 sahibkarlıq subyektinə rezidentlik, 7 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 38 sahibkarlıq subyekti tərəfindən sənaye parklarına 263 milyon manatdan çox investisiyanın yatırılması, 2500-dən artıq iş yerinin yaradılması planlaşdırılır.