Avstraliya və Yeni Zelandiya İsrail və Fələstindəki vətəndaşlarına xəbərdarlıq edib.
Xarici mətbuatda yayılan xəbərə görə, hər iki ölkə İsrailin İrana bu gün səhərə yaxın hücumundan İrandan gözlənilən cavab zərbələrinin böyük müharibəyə yol aça biləcəyini nəzərə alaraq, bütün vətəndaşlarının İsrail və Fələstin ərazilərini təcili tərk etmələrini istəyiblər.
Avstraliya Xarici İşlər Nazirliyi bununla yanaşı, İran, İsrail və işğal olunmuş Fələstin ərazilərinə səyahət etməmək barədə xəbərdarlıq yayıb.
Yeni Zelandiya Xarici İşlər Nazirliyi də bölgədə daha böyük savaş təhlükəsinə diqqəti çəkərək vətəndaşlarından həm bölgəni tərk etmələrini, həm də səyahət etməmələrini xahiş edib.