Şəfəqə Doğru » Gündəm » Bolnisidə 34 yaşlı azərbaycanlı qətlə yetirilib

Bolnisidə 34 yaşlı azərbaycanlı qətlə yetirilib

Bolnisidə 34 yaşlı azərbaycanlı qətlə  yetirilib

Gürcüstanda soydaşımız qətlə yetirilib.

Hadisə Bolnisi rayonunun Saraçlı kəndində baş verib.

Belə ki, itkin düşən 34 yaşlı kənd sakini İsa Hüseynov bir gün sonra Saraçlı meşəsinə yaxın ərazidə ölü halda tapılıb.

Əraziyə Gürcüstan Daxili İşlər Nazirliyinin ekspertiza qrupu cəlb edilib. Ekspertiza nəticəsində gəncin bədən və boğaz nahiyəsindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirildiyi məlum olub (oxu.az).