İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 000 qram, boyu 49 sm-dir. Yeni doğulan körpəyə ad da qoyulub. Uşağın atası Abbas Abdullayev deyir ki, övladına Ali Baş Komandan Prezident İlham Əliyevin adını verib. Arzu edirlər, bu körpə də böyüyəndə cənab Prezident kimi dövlətinə millətinə bağlı olsun, vətənini çox sevsin. Xankəndi mərkəzi şəhər xəstəxanasının baş həkimi Jalə Oktayzadənin sözlərinə görə, hazırda yeni doğulan körpənin və ananın vəziyyəti stabildir. Qeyd edək, gənc ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlara Xankəndi şəhərində mənzil ayrılıb.