Səhhətində ciddi problemlər yaranan tanınmış şair Salam Sarvanın 10 saatlıq əməliyyatı uğurla başa çatıb.
Bu barədə şairin yaxınları məlumat verib.
“Əməliyyat uğurla keçdi. Hələlik reanimasiyadadır. Həkimlər bir neçə gün burada qalmasını məsləhət görüblər”, - məlumatda bildirilib.
Qeyd edək ki, Salam Sarvanın qaraciyərində şiş aşkarlanmışdı. Əvvəlcə həkimlər əməliyyatın riskli olduğunu bildirsələr də, müayinələrdən sonra onun yenidən əməliyyat şansı olduğuna qərar verilib (kulis.az).