Bu gün saat 03 radələrində Hacıqabul rayonu ərazisində “Toyota” markalı avtomobil yol kənarındakı hasara çırpılaraq qəzaya uğrayıb.
Qəzada vəfat edən 38 yaşlı Ramin Əsgərov polis zabiti olub. O, Hacıqabul RPŞ-nin Post Patrul Xidmətinin bölük komandirinin müavini vəzifəsində çalışırmış.
Maşındakı digər polis əməkdaşı isə qəzada ağır xəsarətlər alıb və hazırda müalicəsi davam etdirilir.
İlkin məlumata görə, hadisəyə hava şəraiti ilə əlaqədar yolun sürüşkən olması səbəb olub (qafqazinfo).