Şəfəqə Doğru » Gündəm » "Bizdə qohum evliliyinə münasibət daşlaşmış streotipdir”

"Bizdə qohum evliliyinə münasibət daşlaşmış streotipdir”

"Bizdə qohum evliliyinə münasibət daşlaşmış streotipdir”

“Qohum olmayan evliliklərdə əngəlli uşaqların doğulması 2-4 faizdir. Amma qohumluq olanda bu göstərici 4-8 faizdən çoxdur. Bu onu göstərir ki, ölkəmizin genefonduna böyük zərbə dəyir”. 

 

Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova deyib.

 

“Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilib. Bu, birinci dərəcəli qohumlar arasında qadağandır. İkinci dərəcəli - xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi? O qədər gözəl qanunlar var, amma işlək mexanizm yoxdur. Bizdə qohum evliliyinə münasibət daşlaşmış streotipdir”,- deyə o bildirib (modern.az).