Şəfəqə Doğru » Gündəm » Bakıda dəhşət: Qadın avtobus təkəri altında qalaraq həyatını itirib

Bakıda dəhşət: Qadın avtobus təkəri altında qalaraq həyatını itirib

Bakıda dəhşət: Qadın avtobus təkəri altında qalaraq həyatını  itirib

Bakıda qadın avtobusdan yıxılaraq ölüb.

Hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin qarşısında baş verib.

Sarvan Məhərrəmovun idarə etdiyi “Daewoo” markalı marşrut avtobusunda olan sərnişin 1964-cü il təvəllüdlü Tamella Nadir qızı Cəfərova nəqliyyat vasitəsi hərəkətdə olarkən açıq qalmış qapıdan yıxılıb. O, avtobusun ön giriş qapısından təkərin altına düşüb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb (musavat.com).