Şəfəqə Doğru » Gündəm » 18 yaşdan tez nişanlanma qadağan edilsin! - Deputatdan TƏKLİF

18 yaşdan tez nişanlanma qadağan edilsin! - Deputatdan TƏKLİF

18 yaşdan tez nişanlanma qadağan edilsin! - Deputatdan TƏKLİF

Milli Məclisdə 18 yaşdan erkən nişanlanmanın qadağan olunması təklif edilir.

 

Bunları  Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib (modern.az). 

 

“18 yaşdan erkən nişanlanmanın qarşısının alınmasının da qanunda nəzərdə tutulmasını təklif edirəm. Biz bununla erkən nikahların qarşısını da almış olacağıq. Ölkədə bununla bağlı statistika ürəkaçan deyil”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova cavab olaraq bildirib ki, məsələnin ciddi müzakirə olunduğunu söyləyib: 


“Erkən yaşda nişanlanma bizim tərəfimizdən ailələr arasında razılaşma kimi qəbul edilir. Biz nişanlanma sözünü qanunvericiliyə sala bilmirik. Amma biz bunun qanunvericilikdə əksini tapması üçün çalışırıq”.