2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda istehsal edilmiş avtomobil və traktorların sayı məlum olub.
Dövlət Statistika Komitəsindən məlumatina görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 233 ədəd traktor istehsal olunub.
Ölkədə istehsal olunmuş yük avtomobillərinin sayı isə 254 ədəd olub.
Ən çox istehsal minik avtomobillərilə bağlı olub. Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 948 ədəd minik avtomobili buraxılıb.
Hər üç məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur (modern.az).
Bu il Azərbaycanda buraxılan avtomobil və traktorların sayı açıqlanıb
31-05-2024, 12:44 202