Şəfəqə Doğru » Gündəm » Naftalanda çətənə yetişdirənlər saxlanılıblar

Naftalanda çətənə yetişdirənlər saxlanılıblar

Naftalanda çətənə yetişdirənlər  saxlanılıblar

Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları yetişdirən Hikmət Məmişov və Natiq Qocayev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, baxış zamanı onlardan aqrotexniki qaydada yetişdirdikləri 42 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.