Banqladeşin paytaxtındakı Həzrət Şahcəlal Beynəlxalq Hava Limanı növbəti xəbərdarlığa qədər bağlanıb.
TASS-a istinadən yayılan xəbərdə bildiliri ki, bu barədə əsas hava limanının icraçı direktoru Kamrul İslam bildirib.
Onun sözlərinə görə, aeroportun fəaliyyəti yerli vaxtla saat 16:54-də dayandırılıb.
Bildirilir ki, bu qərar Baş nazir Şeyx Hasinanın istefasından sonra aeroporta insan axını ilə əlaqədar qəbul edilib.