Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı iş vaxtı ölüb.
Report-a istinadən yayılan xəbərdə bildirilir ki, hadisə nazirliyin Nizami rayonunda yerləşən Təlim Mərkəzində qeydə alınıb.
Həmin mərkəzdə çalışan 1976-cı il təvəllüdlü Rəhilə Yasin qızı Qasımova qəfildən vəfat edib.
İlkin ehtimala görə, qadın ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.