Şəfəqə Doğru » Gündəm » Pekin ABŞ-yə xəbərdarlıq edib

Pekin ABŞ-yə xəbərdarlıq edib

Pekin ABŞ-yə xəbərdarlıq edib

"ABŞ Tayvana silah tədarükünü dayandırmalı və Çinin birləşməsi siyasətini dəstəkləməlidir".

CCTV-yə istinadən xəbərdə  bildirlir ki, bu sözləri Çinin xarici işlər naziri Van İ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşdə deyib.

Vanq İ Vaşinqtonu 2023-cü ilin payızında San-Fransiskoda ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən danışıqlarda əldə edilmiş razılaşmalara əməl etməyə çağırıb.

Xatırladaq ki, həmin görüşdə Vaşinqton Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini dəstəklədiyini bəyan edib.