Bir çoxumuz yeməyi pomidor və xiyarla sevirlər. Həmçinin, yeməyin yanında pomidor-xiyar salatı da çox populyardır. Mütəxəssislər bildirir ki, bu tərəvəzləri birlikdə yemək səhv vərdişdir.
Ayrı-ayrılıqda faydalı tərəvəzlər olsalar da, birlikdə yeyildikdə keyfiyyətləri itir. Bunun üçün də onları ayrı-ayrı vaxtlarda yemək lazımdır.
Xiyarda C vitaminini məhv edən və bu birləşmənin normal şəkildə sorulmasına mane olan bir ferment var. Ancaq pomidorlar askorbin turşusunun mənbəyidir.
Belə ki, xiyar və pomidoru eyni vaxtda qəbul edən insan orqanizminə heç bir fayda gətirmir.
Yuxarıda qeyd olunan tərəvəzlərin öz faydalı keyfiyyətlərini saxlamasını istəyirsiniz? Onları eyni vaxtda istifadə istehlak etməkdən çəkinin.
Ancaq həqiqətən pomidor-xiyar salatını sevirsinizsə və naharınızı bu yeməksiz təsəvvür edə bilmirsinizsə, yeməyi pəhrizinizdən xaric etməyin.