Şəfəqə Doğru » Gündəm » Səid Nəcəfzadə paralimpiya çempionu oldu- Növbəti Paris2024 zəfəri

Səid Nəcəfzadə paralimpiya çempionu oldu- Növbəti Paris2024 zəfəri

Səid Nəcəfzadə paralimpiya çempionu oldu- Növbəti Paris2024 zəfəri

Azərbaycanın daha bir təmsilçisi Səid Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Oxu.Az-ın məlumatına görə, T12 kateqoriyasında yer alan paraatlet uzunluğa tullanma növündə çıxış edib.

O, 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

Azərbaycanın paraüzgüçüsü Raman Saley isə Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksələ bilməyib.

O, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə mübarizə aparıb.

S12 kateqoriyasında yer alan Saley 24,39 saniyə ilə doqquzuncu olub. İdmançı ilk səkkizliyə düşə bilmədiyi üçün finala vəsiqə qazanmayıb.