Şəfəqə Doğru » Gündəm » Almaniyada itkin düşən, azərbaycanlı tələbə axtarılır

Almaniyada itkin düşən, azərbaycanlı tələbə axtarılır

Almaniyada itkin düşən, azərbaycanlı tələbə axtarılır

Almaniyada yaşayan azərbaycanlı tələbə Tamerlan Təhməzov itkin düşüb.

Bu barədə Lent.az-a həmin ölkədə yaşayan həmyerlilərimiz məlumat veriblər.

Bildirilir ki, T. Təhməzov Berlin şəhərində doktorantura üzrə təhsil alır. O, bir neçə gündür, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.

Həmçinin qeyd olunub ki, son günlər Tamerlanda psixoloji problemlər yaranıb, hətta yaşadığı yerə də getməyib.

Onun tapılması üçün polisə müraciət edilib. Hazırda tədbirlər görülür.