Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu hadisə Türkiyəni arxayınlaşdırmayacaq: "FETÖ gənclərimizi öz sıralarına çəkib. Onları bu yoldan çəkinməyə çağırırıq”.
Qeyd edək ki, Məhəmməd Fətullah Gülən 1941-ci il aprelin 27-də Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 2016-cı il iyulun 15-də hakimiyyət çevrilişinə cəhdi təşkil etməkdə ittiham olunurdu.
Fətullah Gülən 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Ərəb, fars dillərini bilirdi. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar ABŞ-nin Pensilvaniya ştatında yaşayırdı.
Qaynarinfo