Bakı şəhərinin mərkəzində yolu bağlayıb taksi sürücüsünü döydülər.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, gecə təxminən saat 3 radələrində şəhərin Nizami küçəsində gediş haqqını istəyən taksi sürücüsü ilə sərnişin qadın arasında mübahisə yaranıb. Sərnişin zəng edərək öz yaxınlarını hadisə yerinə çağırıb və onlar taksi sürücüsünə qarşı zor tətbiq ediblər.
Qeyd olunur ki, həmin şəxslər ictimai asayişi kobud şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edib. Taksi sürücüsünə zor tətbiq etmiş şəxslər həm də avtomobillə yolu bağlayaraq hərəkətə maneə törədib // oxu.az