Şəfəqə Doğru » Gündəm » Kristalina Georgiyeva Bakıya heyran qaldı

Kristalina Georgiyeva Bakıya heyran qaldı

Kristalina Georgiyeva Bakıya heyran qaldı

COP29-da iştirak etmək üçün Azərbaycana gələn Beynəlxalq Valyuta Fondunun (IMF) sərəncamçı direktoru Kristalina Georgiyeva paytaxt gəzintisindən fotolarını paylaşıb.

O, bu haqda “X” hesabında paylaşım edib.


“Bakının canlı görməli yerlərindən və səslərindən həzz almaq üçün COP29 çərçivəsində bir az vaxt ayırdım. Çarpıcı memarlığından tutmuş zəngin mədəniyyətinə qədər bu qeyri-adi şəhər həqiqətən də hissləri ovsunlayır. Səfərim zamanı səmimi qonaqpərvərliyə və ruhlandırıcı ünsiyyətə görə minnətdaram!”, - qeyd olunub.