Jurnalist Aytən Səfərəliyeva Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR və Kommunikasiya üzrə sektor müdiri təyin edilib.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
Qeyd edək ki, Aytən Səfərəliyeva bu təyinata qədər ictimaiyyətlə əlaqələr sahəsində və bir çox media qurumlarında fəaliyyət göstərib.