Şəfəqə Doğru » Manşet » “ Azərişıq” ASC-nin sədri Baba Rzayevin katibəsi sədrin adından istifadə edir.

“ Azərişıq” ASC-nin sədri Baba Rzayevin katibəsi sədrin adından istifadə edir.

“ Azərişıq” ASC-nin sədri Baba Rzayevin katibəsi  sədrin adından istifadə edir.


 

 

    Bu günlərdə redaksiyamıza ilginc bir məlumat daxil olub.Məlumatda  əvvələrdə adını çox eşitdiyimiz ,”Azərişıq”  ASC-nin sədri Baba Rzayevin katibəsi Ülviyə xanım Baba müəlimin adından istifadə edərək,müxtəlif yollarla nəinki, Bakıda ,Azərbaycanın bütün bölgələrindəki  "Azərişıq” ASC-nin tabeliyində olan ,idarə rəhbərlərinin hərəsini bir yolla "tasa”oturtuğunu bildirir,məlumatlı mənbə.Məlumatda o da, deyilir ki,Ülviyə xanım başqa bir bəhanə uydura bilməyəndə  də, borc adıyla ,samballı miqdarda pullar alır və qaytarmır.Geri istəyəndə də xətrinə dəyir və ASC-nin sədri adından hədə -qorxu gələrək,hədələyib boyunlarına minnət qoyur ki,pulu geri istəyə bilməsinlər.

    Bütün bunlarla kifayətlənməyən Ülviyə xanım ,adının çəkilməməsini xahiş edən mənbə, Azər işıqdan transfarmatorları alaraq,ağına-bozuna baxmadan”Məhəmmədi ”kəndində sökdürərək,içindəki mis və sair kimi qiymətli materialları həyat yoldaşı, Apşeron elektirik şəbəkəsinin istismar şöbəsində adı işçi gedən ,özü isə işə getməyən ,və müftə maaş alan, soyadını öyrənə bilmədiyiymiz Fizulinin əli ilə satdırır.Halbuki həmin transfarmatorların başına nə gəldiyini İktisadi inkişaf nazirliyi bilməlidir,hətta nazirlər kabinetinin belə xəbəri olmalıdır deyə,məlumatda bildirilir.Lakin Atalar , demişkən :-Ülviyə xanımın kəsdiyi başa zaval yoxdur..Kimsə ona sual verməyə cürət edə bilmir.Çünki ,hərkəs onun  Baba müəllimin dəstəyi ilə bu işləri gördüyünü düşündüyündən ona gözün üstə qaşın var, deyə bilmir.Amma bəlkə də,  Baba müəllimin bu işlərdən heç xəbəri yoxdur deyə, bildirir mənbə.

   Belə çıxır ki, Ülviyə xanım öz mənfəti  üçün, Baba Rzayevin adınadan istifadə edərək, onun işgüzar fəaliyətinə xələl gətirir.Hər halda yəqin ki, Baba müəllim nəhayət bir gün Ülviyə xanımın bu işlərindən xəbər tutub ,bir ölçü götürər deyə, mənbə bildirir və onun bu əməllərini  içtimailəşdirilməsi üçün redaksiyamızı məlumatlandırmışdır.

 Mövzuya qayıdacağıq.

  Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.

                                                                                                         Neymət Novruzov