Şəfəqə Doğru » Gündəm » AZAL "Kovyor" planına görə bir reysi ləğv etdi

AZAL "Kovyor" planına görə bir reysi ləğv etdi

AZAL "Kovyor" planına görə  bir reysi ləğv etdi

8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysi ləğv edilib.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, bu qərar Kazan üzərində "Kovyor" planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.

Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir.

Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.