Şəfəqə Doğru » Gündəm » Antisanitar şəraitdə quş əti emal edən müəssisənin fəaliyyəti dayandırılıb

Antisanitar şəraitdə quş əti emal edən müəssisənin fəaliyyəti dayandırılıb

Antisanitar şəraitdə quş əti emal edən müəssisənin fəaliyyəti dayandırılıb

Gəncədə antisanitar şəraitdə emal olunan quş əti məhsullarının satışının qarşısı alınıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Agentlik əməkdaşları Gəncə şəhəri Z.Əliyeva küçəsi 281 ünvanında fəaliyyət göstərən quş əti emalı müəssisəsində yoxlama keçiriblər.

Müəssisədə qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, xammalın qəbulu, saxlanması, emalı, satışı üçün müvafiq avadanlıq və inventarlarla təchiz olunmuş sahələrin mövcud olmadığı, emal prosesinin eyni sahədə həyata keçirildiyi, məhsulların antisanitar vəziyyətdə yerdən yığılaraq saxlandığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.


Faktla bağlı qanunsuz emal olunan məhsulların satışının qarşısı alınıb və saxlanca qoyulub, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


Oxu.Az