"SSRİ dağılandan sonra türk dövlətlərinin müstəqillik əldə etməsi tarixi fürsət idi".
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
O, türk dövlətlərinin zamanla gücünü və nüfuzunu artırdığını deyib:
"Bu baxımdan, ümumi 170 milyon nəfərlik nüfuzu olan Türk Dövlətləri Təşkilatını irəli aparmaq üçün var gücümüzlə çalışmalıyıq. Xüsusən də liderlərimizin səyləri nəticəsində təşkilatın irəli aparılması önəmlidir. Eyni zamanda, təşkilata üzv ölkələrin ikitərəfli, üçtərəfli, dördtərəfli əməkdaşlığı da var. Məsələn, 10 gün sonra Azərbaycan, Türkiyə və Özbəkistan Ankarada üçtərəfli görüş keçirəcəklər. Əminik ki, bu əməkdaşlıq bölgəmiz üçün rifah gətirəcək".