Şəfəqə Doğru » Gündəm » Yaşayış binasına istilik sistemi verilməsi dayandırılıb

Yaşayış binasına istilik sistemi verilməsi dayandırılıb

Yaşayış binasına istilik sistemi verilməsi dayandırılıb

Bakının Xətai rayonu, Gəncə prospekti, 39 ünvanında yaşayan sakinlər günlərdir ki, evlərinə istilik verilmədiyini bildirirlər. Səbəb kimi isə sakinlərin borcunun olduğu göstərilir.

 Xəzər TV-yə istinadən məlumatda bildirilir ki, məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, həmin ünvanda 176 mənzil var. Orada cəmi 6-8 mənzil daimi ödəniş edir. 83 mənzil isə ümumiyyətlə ödəniş etməyib.

Onun sözlərinə görə, qazanxanaların işləməsi üçün xərc çəkilir. Həmin binada hissəli də olsa ödəniş olunmalıdır ki, istilik bərpa olunsun.