Şəfəqə Doğru » Gündəm » Azərbaycanda süfrə yağlarının qiyməti kəskin artıb

Azərbaycanda süfrə yağlarının qiyməti kəskin artıb

Azərbaycanda süfrə yağlarının qiyməti kəskin artıb

Son aylarda yağların qiymətində artım müşahidə olunub.

 Xəzər TV-yə istinadən yayılan  məlumatda bildirilir  ki, istər kərə, istərsə də duru yağların qiymətində bahalaşma var.

Bir-iki ay əvvəl 19 manat 30 qəpiyə təklif edilən 1 kiloqramlıq kərə yağı hazırda 22 manat 90 qəpikdir.

Satıcıların sözlərinə görə, təkcə yanvar ayı ərzində qiymətlər 5-6% artıb.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Dünya Ərzaq Təşkilatının qiymət indeksinə nəzər saldıqda məlum olur ki, ötən ilin dekabr ayı istisna olmaqla, 14 ay ərzində yağların qiymətində artım müşahidə olunub.