Şəfəqə Doğru » Gündəm » MİDA-nın adından saxta sənədlər hazırlayanlar aşkarlanıb, bir nəfər həbs edilib

MİDA-nın adından saxta sənədlər hazırlayanlar aşkarlanıb, bir nəfər həbs edilib

MİDA-nın adından saxta sənədlər hazırlayanlar aşkarlanıb, bir nəfər həbs edilib

Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.


APA-nın  xəbərinə görə, Kənan Şərifov Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

O, digərləri ilə birlikdə MİDA adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.