Şəfəqə Doğru » Gündəm » Məhkəmə xanım jurnalistin ev dustaqlığına buraxılmasına qərar verib

Məhkəmə xanım jurnalistin ev dustaqlığına buraxılmasına qərar verib

Məhkəmə xanım jurnalistin ev dustaqlığına buraxılmasına qərar verib

Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib.

Lent.az-ın xəbərinə görə, bu gün Xətai rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib.

Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılmışdı.

Xətai rayon Məhkəməsi onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.