“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-ya istinadla yayılan xəbərdə bildirilir ki, bu gün Səbail rayon məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Əziz Orucova 2 il həbs cəzası verilib.