Şəfəqə Doğru » Gündəm » “Erməni soyqırımının beynəlxalq aləmdə tanınması bizim üçün prioritet deyil” – Paşinyan

“Erməni soyqırımının beynəlxalq aləmdə tanınması bizim üçün prioritet deyil” – Paşinyan

“Erməni soyqırımının beynəlxalq aləmdə tanınması bizim üçün prioritet deyil” – Paşinyan

“Erməni soyqırımının beynəlxalq səviyyədə tanınması Ermənistan üçün prioritet deyil”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə müsahibəsi zamanı deyib.
“Bizim rəsmi mövqeyimiz ondan ibarətdir ki, erməni soyqırımının beynəlxalq səviyyədə tanınması xarici siyasətimizin prioritetlərindən biri deyil”, - Paşinyan bildirib.
Digər tərəfdən, hökumət başçısı “soyqırım” ifadəsi əvəzinə ermənicə “medz eqern” (“böyük qırğın”) ifadəsini işlədib.
Qeyd edək ki, bundan əvvəl Paşinyan Türkiyə NATO koalisiyasına qoşulandan sonra bu məsələnin sovet dövründə süni şəkildə kəskinləşdiyini bildirmiş, xarici işlər naziri Ararat Mirzoyan isə tarixin faciəli səhifələrinin tarixçilərin diqqət mərkəzində olmalı olduğunu qeyd etmişdi.

yeniavaz.com