Bu il Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə, Stomatologiya və Əczaçılıq fakültələri üzrə buraxılış sessiyasında Dövlət Buraxılış İmtahanları olmayacaq.
Modern.az saytının yazdığı xəbərə görə, gələn ildən etibarən Müalicə-profilaktika fakültəsinin tələbələri də adıçəkilən imtahanları verməyəcəklər:
Bütün fakültələrdə yeni formatda buraxılış imtahanları keçiriləcək. Yəni tələbələr bilet çəkib, sual-cavabla imtahanlarını verəcəklər.
Nəzərdə tutulmuş 100 ballıq sistemin 50-si OSKİ, 50-si isə şifahi imtahanlar hesabına toplanacaq. Şifahi imtahan isə 2 mərhələdən – nəzəri və praktik hissədən ibarət olacaq.