Şəfəqə Doğru » Gündəm » Bakıda binada yanğın - 30 nəfər təxliyyə olundu

Bakıda binada yanğın - 30 nəfər təxliyyə olundu

Bakıda binada yanğın - 30 nəfər təxliyyə olundu

Bakıda binada yanğın baş verib.

Shafaqadogru.com  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki,Bakı şəhəri, Binəqədi rayonunda hazırda məcburi köçkünlərinin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 720 kv.m sahədə yanmışdır.

Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur.

Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.