Şəfəqə Doğru » Gündəm » Rusiyanın axtarışda verdiyi azərbaycanlı Moldovada həbs edilib

Rusiyanın axtarışda verdiyi azərbaycanlı Moldovada həbs edilib

Rusiyanın axtarışda verdiyi azərbaycanlı Moldovada həbs edilib

Moldova hüquq-mühafizə orqanları beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşını saxlayıb.

Rusiya mediasına istinadla yayılan xəbərdə bildirilir  ki,  azərbaycanlı qətl və qanunsuz silah alverində şübhəli bilinərək Rusiya Federasiyası tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Belə ki, 43 yaşlı azərbaycanlı 2021-ci ilin fevralında Leninqrad vilayətinin Şlisselburq şəhərindəki kafedə atışma zamanı bir nəfəri öldürüb. 

43 yaşlı şübhəli Ukrayna sərhədini keçməyə cəhd edərkən Otaki şəhərindəki keçid məntəqəsində saxlanılıb. Moldova hakimiyyəti onun ekstradisiyasına hazırlaşır.