Samuxda oğurluq hadisəsi olub.
Lent.az-ın xəbərinə görə, rayon sakini olan vətəndaşlara məxsus ümumi dəyəri 62.600 manat olan 163 baş xırdabuynuzlu heyvan oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Mahmud Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.