Şəfəqə Doğru » Gündəm » Şəmkirdə universitet tələbəsinin asılmış meyiti tapılıb

Şəmkirdə universitet tələbəsinin asılmış meyiti tapılıb

Şəmkirdə universitet tələbəsinin asılmış meyiti tapılıb

Şəmkirdə intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Yeni Həyat kəndində yerləşən meşəlik ərazidə baş verib.

19 yaşlı Məmmədov Nəriman İlham oğlu mayın 4-dən 5-nə keçən gecə həmin meşəyə gedərək özünü asıb. Onun asılmış meyitini kənd sakinləri tapıb.

Onun hansı səbəblə intihar etdiyi bəlli deyil.

Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki N.Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsi olub.