Türkiyəli rejissor, bloq yazarı və yutuber İlker Canıkligil şərti azadlığa buraxılıb.
“Sözcü” qəzetinə istinadən yayılan xəbərdə bildirilir , onun barəsində olan “cinayətə təhrik” və “xalqı kin və düşmənliyə təhrik” ittihamları dəyişdirilib.
Martın 26-da həbs edilən rejissor, ölkədən çıxmamaq şərtilə azadlığa buraxılıb.