Şəfəqə Doğru » Gündəm » PKK özünü ləğv etdiyini açıqlayıb

PKK özünü ləğv etdiyini açıqlayıb

PKK özünü ləğv etdiyini açıqlayıb

PKK terror təşkilatı "özünü ləğvetmə" qərarını açıqlayıb.

Bu barədə Reuters məlumat yayıb.

PKK silahı yerə qoyduğunu açıqlayıb.

Bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış etmişdi. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer almışdı.

 PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.