Şəfəqə Doğru » Gündəm » HAMAS lideri Mühəmməd Sinvar öldürülüb

HAMAS lideri Mühəmməd Sinvar öldürülüb

HAMAS lideri Mühəmməd Sinvar  öldürülüb

Radikal Fələstin HAMAS hərəkatının liderlərindən biri olan Mühəmməd Sinvarın meyiti Qəzza zolağının cənubunda yerləşən tunellərdən birində aşkar edilib.

Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, HAMAS-ın sabiq siyasi büro rəhbəri Yəhya Sinvarın qardaşı olan Mühəmməd Sinvar və daha 10 silahlının cəsədi Xan-Yunis şəhərinin altındakı tuneldə tapılıb.

HAMAS hərəkatı bu informasiyanı hələlik rəsmi şəkildə şərh etməyib.