2024-cü ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə dövlət büdcəsinin gəlirləri çox icra edilmiş, Qanun layihəsində göstərilmiş mədaxil mənbələrinə münasibətdə proqnoz göstəricilər 15 mənbə üzrə artıqlaması ilə, 4 mənbə üzrə kəsirlə, 3 mənbə üzrə isə proqnozla eyni səviyyədə yerinə yetirilib.
“APA-Economics” xəbərinə görə, bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.
Qeyd edilib ki, hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 364.7 milyon manat proqnoza qarşı 338.5 milyon manat icra, dövlət rüsumu üzrə daxilolmalar 359 milyon proqnoza qarşı 305 milyon manat icra, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 831 milyon manat proqnoza qarşı 547.9 milyon manat icra, Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 209 milyon manat proqnoza qarşı 112.1 milyon manat icra olub.