Amerikalı milyarder iş adamı İlon Musk 130 günlük səlahiyyət müddətinin bitməsiylə Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vəzifəsəndən ayrıldığını təsdiqləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verib ki, o, hökumətin xərcləri azaltmaq əvəzinə, daha da şişirtməsi haqda cədvəlin yayıldığı bir anda postundan getdiyini elan edib.
Amerikalı milyarder vəzifədən gedərkən seçki dönəmindən dostluq etdiyi və güclü dəstək verdiyi Trampla görüşüb vidalaşmayıb.
O, vəzifədən getməsi haqda isə belə açıqlamasında isə Tramp administrasiyasının xərclərlə bağlı siyasətinə də toxunub: "Xüsusi nümayəndə kimi, müddətim sona çatdı və mən getdim. Mənə israfçılığı azaltmaq imkanı verdiyi üçün Trampa təşəkkür edirəm".
ABŞ mətbuatı yazır ki, Maskın səssiz getməsi təsadüfi deyil: "Onlar arasında fikir ayrılıqları çox dərinləşmişdi".